You are on page 1of 3

Son İstifadəçi Lisenziya Razılaşması

“ACCEPT” DÜYMƏSİNƏ BASMAMIŞDAN ƏVVƏL AŞAĞIDAKI ŞƏRTLƏRİ DİQQƏTLƏ


OXUMANIZI XAHİŞ EDİRİK. “ACCEPT” DÜYMƏSİNƏ BASMAQLA HƏMİN ŞƏRTLƏRİ QƏBUL
ETDİYİNİZİ VƏ ONLARLA RAZILAŞDIĞINIZI BƏYAN EDİRSİNİZ.

1. Anlayışlar
Hazırkı şərtlərə əsasən aşağıda göstərilən sözlər aşağıdakı mənanı daşıyacaq: “Siz” Məhsuldan
istifadə edən şəxs deməkdir; “Məhsul” tərəfinizdən Azerfon-un İnternet səhifəsindən yüklənən və
ya Kompakt Disk şəklində, İnternet saytı və ya birbaşa cihaz və yaxud hər hansı digər vasitə yolu
ilə (yalnız vasitə və ya cihazla birlikdə) təchiz olunan Proqram təminatıdır; “Xidmətlər”
müqavilənin qüvvədə olduğu müddətə əsasən Azerfon tərəfindən təklif edilən məlumatın
ötürülməsi və digər xidmətlər deməkdir; “Proqram təminatı” Sizə Kompakt Disk şəklində, İnternet
saytı və ya birbaşa cihazla, Mobile Connect/ Broadband Card ilə birlikdə Sizə təchiz edilən və ya
Siz tərəfdən Vodafone-un İnternet saytından ayrıca yüklənən Vodafone şirkətinin proqram
təminatıdır; “Azerfon”, “biz”, “bizə” Azerfon MMC deməkdir.

2. İstifadə Lisenziyası
Biz Sizə Xidmətlərlə bağlı Məhsuldan istifadə etmək üçün qeyri-müstəsna lisenziyanı təqdim
edirik. Biz Proqram təminatının Vodafone şirkətinə məxsus olmayan şəbəkədə və ya SIM kartda
istifadə edilməsinə görə heç bir məsuliyyət və ya cavabdehlik daşımır və heç bir lisenziya təqdim
etmirik. Siz Məhsul və ya onun hər hansı bir hissəsinin tərkibində olan Məhsul və/və ya proqram
təminatının surətini çıxartmaq, dəyişdirmək, yenidən düzəltmək və ya dekompilyasiya etmək
hüququna malik deyilsiniz (qanunla icazə verilən hallar istisna olmaqla). Siz həmçinin Proqram
təminatını, Məhsulu və ya onun hər hansı bir hissəsini üçüncü tərəflərin istifadəsi üçün ötürmək,
ayırmaq, sublisenziya etmək, yaymaq və ya şərait yaratmaq hüququna da malik deyilsiniz.
Ehtiyat saxlama məqsədləri üçün Proqram təminatının bir nüsxəsini çıxara bilərsiniz.
Məlumatın ehtiyat üçün saxlanılması və itirilməməsi məqsədilə görülən ehtiyatkar və müvafiq
tədbirlərə görə yalnız Siz cavabdehsiniz.
Məhsul tərəfinizdən bütün dünya üzrə İnternet saytlarına, resurs və/və ya şəbəkələrə qoşulmaq
üçün istifadə oluna bilər. Belə bir İnternet saytlarından və şəbəkələrdən istifadə zamanı məzmun,
xidmət və ya çəkdiyiniz hər hansı zərərlərə görə biz heç bir məsuliyyət daşımırıq. Siz
razılaşırsınız ki, Məhsulu və ya onun hər hansı bir hissəsini hər hansı müvafiq qanun və ya
qaydalara zidd istifadə etməyəcəksiniz. Əlavə olaraq, Məhsulun qeyri-qanuni istifadəsinin
qarşısını almaq üçün Siz hər hansı parol və ya girişə icazə verən digər cihazları sirr altında və
təhlükəsiz bir yerdə saxlamağa razılaşırsınız.

3. Xitam
Bu lisenziya xitam veriləcəyi tarixə qədər etibarlıdır. Siz proqram təminatını, o cümlədən bütün
cihazlarınızda olan ehtiyat surətlərini silməklə və Məhsulu bizə, Azərbaycan Respublikası, Bakı
şəhəri, Nobel prospekti 1240 bina 20 C geri göndərməklə lisenziyaya xitam verə bilərsiniz. Bu
şərtlərə və ya bizim təqdim etdiyimiz və yaxud bizim üçüncü tərəf distribütorların Sizə təqdim
etdiyi Məhsullarla bağlı olan hər hansı digər müqavilənin şərtlərinə riayət etmədiyiniz təqdirdə bu
Razılaşmaya avtomatik olaraq xitam veriləcəkdir.
Hazırkı Razılaşmaya xitam verildikdən sonra Siz Məhsulu istifadə etməyəcəksiniz, cihazlarınızda
olan ehtiyat surətləri daxil olmaqla Proqram təminatını siləcəksiniz və Məhsulu bizə, Azərbaycan
Respublikası, Bakı şəhəri, Nobel prospekti 1240 bina 20 C geri göndərəcəsiniz.

4. Əqli Mülkiyyət Hüquqları


Biz və/və ya bizim lisenziatlar Məhsula aid olan bütün müəllif və dizayn hüquqlarına, növ və
funksiyalara, ticarət nişanlarına və digər əqli mülkiyyət hüquqlarına malikik. Sizi Məhsulla təmin
etməyimiz hüquqlarımızın və ya lisenziatrlarımızın hüquqlarının Sizə ötürülməsini nəzərdə tutmur,
biz sadəcə olaraq bu lisenziyanın şərtlərinə uyğun olaraq Sizə Məhsuldan istifadə etməyə icazə
veririk.
5. Müştəri Xidmətləri
Məhsul ilə əlaqədar hər hansı kömək lazım olduğu halda 777 müştəri xidmət mərkəzinə
(Vodafone şəbəkəsindən istifadə etdiyiniz halda) və ya +994 77 201 07 77 (digər şəbəkədən
istifadə etdiyiniz halda) zəng etmənizi, Vodafone şirkətinə yazmağınızı və ya www.azerfon-
vodafone.com daxil olmanızı xahiş edirik. Əlavə məlumat üçün www.support.vodafone.com
saytına daxil olun.

6. Unikal İdentifikator
Bu Proqram təminatını quraşdırdıqda, sərbəst şəkildə anonim unikal identifikator (UİD) yaranır.
UİD Vodafone şirkəti tərəfindən fərdi istifadəçilərin adlarının müəyyənləşdirilməsinə imkan vermir.
Ondan istifadəçilərin daxil olduğu İnternet saytları və ya təmasda olduğu elektron poçt ünvanlarını
aydınlaşdırmaq üçün istifadə etmək olmaz. Bu UİD-ni tətbiq edərkən, Siz Vodafone şəbəkəsinə
qoşulduqda, Vodafone şirkətinə aşağıdakı növdə qeyri-şəxsi məlumat ötürülə bilər:
a) Proqram təminatının versiyası və konfiqurasiyası;
b) Əlaqə yaratma üsulları, məsələn, infra-qırmızı və Bluetooth, və istifadə olunan
cihazlar;
c) Veb-brauzerin və elektron poçtun proqram təminatının detalları;
d) Portativ kompüterin və prosessorun istehsalçısının məhsulunun İD
(identifikasiyası);
e) Sessiya haqqında məlumat, əlaqənin müddəti və əlaqənin yaradıldığı məntəqədə
keyfiyyəti/əlaqənin alınması;
f) Rominq olduqda, qoşulduğunuz ölkənin kodu və mobil şəbəkə;
g) İstifadə növü, məsələn, İnternetə giriş, faylın ötürülməsi, şəbəkədaxili giriş;
h) IMEI (kodlaşdırılmış cihazın identifikasiya məlumatı).

Bu məlumat təhlükəsiz serverdə aşağıdakı məqsədlər üçün saxlanılacaq:


(i) Vaxtaşırı Vodafone şirkəti xidmətə aid parametrləri təkmilləşdirmək ehtiyacını
duyur və bu xəbərdarlıq olmadan həyata keçirilə bilər.
(ii) Siz istəyinizdən asılı olaraq hər həftə və ya ay proqram təminatın müxtəlif
yeniləşmələri və dəyişiklikləri haqqında xəbərdarlıq ala bilərsiniz. Bu yenilikləri qəbul
etmək və ya etməmək seçimini əldə edirsiniz. Siz daha geniş faylları/fraqmentləri sürətli
İnternet əlaqə vasitəsilə qoşulduqda (məs., Sizin korporativ LAN) yükləyə bilərsiniz.
(iii) İstifadə haqqında anonim ümumiləşdirilmiş məlumatın toplanması Səyyar Geniş
Zolaq Xidmətinin təkmilləşdirilməsinə kömək edir. Vodafone şirkəti heç bir halda bu cür
məlumatı üçüncü şəxsə ötürmür.

UİD-dən istifadəni istəmirsinizsə, Siz və ya İT meneceriniz bu funksiyanı deaktiv edə bilərsiniz.


Lakin qeyd etmək lazımdır ki, bu funksiya deaktiv olarsa, Vodafone şirkəti bütün Xidmətləri tam
həcmdə göstərə bilməyəcək, çünki biz Sizin ehtiyac duyduğunuz yeniləşmələri və ya proqram
təminat fraqmentləri haqqında xəbərdar olmayacağıq. UİD funksiyasının deaktivləşdirilməsi
haqqında daha ətraflı məlumatı Vodafone şirkətinin xidmət portalında www.azerfon-vodafone.com
tapa bilərsiniz.
Nəzərə alın ki, yuxarıda göstərilən məlumatın göndərilməsi və alınması qoşulma zamanı kiçik
həcmdə məlumatın ötürülməsini zəruri edir. Bunun üçün Siz razılaşdırılmış qiymətlər əsasında
ödənişi həyata keçirəcəksiniz; ödənişlərin növləri xidmət portalında www.azerfon-vodafone.com
göstərilib.

7. Zəmanətlərin istisna edilməsi


Tətbiq olunan qanun çərçivəsində Məhsul Sizə “olduğu kimi” təqdim olunur, üzərində heç bir
zəmanət, şərtlər, təminatlar və ya lisenziatlarımızda Məhsula dair digər şərtlər mövcud deyil. Nə
biz, nə lisenziatlarımız Məhsulun Sizin tələblərə cavab verməsinə və ya Məhsulun fasiləsiz və ya
qüsursuz istismarına zəmanət vermir. Qanun çərçivəsində biz və lisenziatlarımız aydın və ya
məxfi şəkildə, akt, ümumi hüquq və ya digər vasitə ilə ifadə olunan istənilən növ zəmanətlərdən,
təminatlardan, şərtlərdən və digər müddəalardan imtina və istisna edirik. Bu bənd Sizin qanuni
hüquqlarınıza heç bir təsir göstərmir.
8. Məsuliyyətin məhdudlaşdırılması
EhtiyyatSizlığımız nəticəsində ölüm və ya fiziki xəsarət hallarına görə biz məsuliyyət daşıyırıq.
Bütün digər hallarda biz və ya bizim lisenziatlar mövcud və ya gələcək gəlirlərin itkisi, mədaxilin
itirilməsi, satış həcmlərin azalması, şərti vəsaitlərin itirilməsi, nüfuza dəyən xələl və ya onun
itirilməsi, müqavilələrin və ya müştərilən itirilməsi, gözlənilən əmanətlərin itkisi, məlumatın və ya
proqramların itirilməsi və ya onlara ziyanın vurulması və ya müqavilənin icrası və/və ya hüquqi
pozuntu (etinasızlıq daxil olmaqla) nəticəsində dolayı, xüsusi, təsadüfi və ya ardıcıl ziyanlar
səbəbindən yaranan istənilən müvazinətləşdirmə, kompensasiya və ya zərərə görə, hətta biz və
ya lisenziatlarımız bu ziyanların və ya itkilərin ehtimalı haqqında xəbərdar olunduqda belə,
məsuliyyət daşımırıq.

9. Hüquq və yurisdiksiya
Bu şərtlər Azərbaycan Respublikasının qanunlarını rəhbər tutur və tərəflər şərtsiz Azərbaycan
Respublikasının məhkəmələrin yurisdiksiyasına şamildir.

You might also like